“Alatava” ilə bağlı qərar verildi - RƏSMİ

 11:45 02.05.2024     690

Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.

Redaktor.az xəbər verir ki, serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmadı.

Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən sərt tənqid edilidi.

Onların çıxışları isə özüylə birgə yeni bir qalmaqalın təməlini qoydu. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar verdilər.

Ötən günlərdə isə İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirib.

OLAY-ın əldə etdiyi məlumata görə, iclasdan sonra “Alatava”nın yutub platformasında iki versiyada yayımına qərar verilib.

Serialın yayımlanan sonuncu bölümünə (4-cü bölüm – red.) həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.