Azərbaycanlılar Gürcüstanda 3 ayda 40 milyon dollar xərcləyib

 16:01 30.04.2024     385

Bu ilin I rübündə Gürcüstanın turizm gəlirləri 807,7 milyon ABŞ dolları təşkil edib.

Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Məlumata görə, bu, ötən illə müqayisədə 1,5 % çoxdur və Gürcüstan üçün rekord sayılır.

Yanvar-mart aylarında Gürcüstanda ən çox Rusiya vətəndaşları pul xərcləyib -171,2 milyon ABŞ dolları. Digər yerlərdə isə Türkiyə (117,51 milyon ABŞ dolları), Avropa İttifaqı ölkələri (108,3 milyon ABŞ dolları), İsrail (65,7 milyon ABŞ dolları) və Azərbaycan (40,6 milyon ABŞ dolları) qərarlaşıb.