"Araz" marketdən alınan çörəyin içindən taxta ÇIXDI – VİDEO

 17:20 30.04.2024     485

Bakıda "Araz Supermarket"dən alınan çörəyin içindən taxta parçası çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Əhməd Mahmudov sosial şəbəkədə paylaşım edib.

O, bu gün Əhmədli qəsəbəsində "Araz Supermarket"dən aldığı çörəyin içərisindən, təxminən, 2,5 sm uzunluğunda taxta parçasının çıxdığını söyləyib.

O, çörəyi istehsal edən "Binə" çörək zavodunun rəhbərliyinə səslənərək unun ələnməsində xüsusilə diqqətli olmalarını tələb edib. 

Jurnalist məsələ ilə bağlı aidiyyəti qurumlarla çağırış edib.