"Bavariya" və "Mançester Yunayted" məşqçilərini dəyişə bilər

 22:37 03.05.2024     252

"Bavariya" komandanın baş məşqçisi postu üçün "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haqı nəzərdən keçirir, britaniyalılar isə öz növbəsində Münhen komandasından mütəxəssis - Tomas Tuçeli dəvət edə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Kristian Falk sosial şəbəkələrdə məlumat yayıb.

Jurnalistin sözlərinə görə, Münhen komandası Tuçeli ten Haqla əvəzləmək istəyir. Öz növbəsində alman mütəxəssislə “Mançester Yunayted” maraqlanır. Tuçelin Çempionlar Liqasında "Real"la cavab oyunu öncəsi İngiltərə klubu ilə danışıqlar aparmaq istəmədiyi vurğulanır. Komandaların ikinci görüşü mayın 8-də baş tutacaq. İlk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Ten Haqın komandası İngiltərə çempionatında altıncı yerdədir. “Mançester Yunayted” mövsümü avrokubok zonasında başa vurmağı planlaşdırır. Bu mövsüm İngiltərə Çempionlar Liqasının qrupunda sonuncu, Münhen komandası isə birinci yeri tutub.

Tuçelin rəhbərliyi altında "Bavariya" bu mövsüm son illərdə ilk dəfə növbəti çempionluq şansını itirib.

Turan İSMAYIL