Bu kluba sponsorluq etmək istəyənlərin yeganə şərti - İdarə heytətinin sədri istefa versin

 16:42 04.05.2024     246

Premyer Liqanın sponsoru olmadan fəaliyyət göstərən yeganə iştirakçısı «Kəpəz»dir.

Redaktor.az xəbər verir ki, Gəncə təmsilçisi illərdir onu qarabaqara izləyən problemdən yaxa qurtara bilər.

Potensial sponsor var - «F Holdinq». Adını çəkdiyimiz biznes təşkilatı qərb klubuna hər cür maliyyə dəstəyi verməyə hazırdır.

Bunun üçün 1 şərt irəli sürübər - İlqar Nadiri İdarə Heyətinin sədri postundan getməlidir. Qarşı tərəf Futbolun İnkişaf Fondu (FİF) vasitəsilə ilə apardığı danışıqlarda yeganə tələbini dönə-dönə səsləndirib.

Onlar Gəncənin futbol publikası tərəfindən sevilməyən və barəsində birmənalı fikirlər söylənilməyən sədrin «Kəpəz»lə bütün əlaqələrini kəsməsini istəyirlər.

Bildiriblər ki, Nadiri tamamilə kənara çəkilməli, bütün səlahiyyətləri holdinqin təyin edəcəyi nümayəndəyə ötürməlidir.