“Real Madrid” Çempionlar Liqasının finalına yüksələrsə, qapını kimin qoruyacağı açıqlandı

 20:22 04.05.2024     190

“Real Madrid” klubu Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə Ançelotti qapını Tibo Kurtuaya əmanət edəcək.

Redaktor.az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti bu barədə İspaniya mediasına açıqlamasında deyib.

“Kurtua uzun müddətli zədədən qayıtsa da, əsas heyət qolkiperimiz odur. Razıyam çoxdandır məşq etmir və zədəli olub, amma Kurtuanın təcrübəsi daha çox olduğu üçün final görüşündə ona şans verəcəyəm”.

Qeyd edək ki, Tibo Kurtua 2023-cü ilin iyul ayından bu günə kimi heç bir rəsmi oyunda çıxış etməyib.