Bəhlulun müqavilə müddəti uzadıldı

 22:42 04.05.2024     244

“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadənin müqavilə müddəti uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun feysbuk səhifəsində məlumat paylaşılıb. 

Bildirilib ki, “Qarabağ” 27 yaşlı müdafiəçi ilə anlaşmanı daha 3 il müddətinə uzadıb.

B. Mustafazadə 2027-ci ilin yayına qədər “Qarabağ”da forma geyinəcək.