Qonşu ölkədə güclü qar yağdı: Bəzi şəhərlər işıqsız qaldı

 15:57 04.05.2024     214

Rusiyanın bir neçə şəhərində güclü qar yağıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın “Rosseti Ural” elektrik şəbəkəsi şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sverdlovsk vilayətinə yağan qar səbəbindən regionun bir neçə şəhəri işıqsız qalıb.

Revdinski, Deqtyarski, Sısertski, Nijneserqinski şəhər dairələrində, eləcə də Yekaterinburqun qərbində yerləşən şəhərətrafı yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi üçün bərpa işləri davam etdirilir.

Perm-Yekaterinburq magistralında çoxkilometrlik tıxac yaranıb. Yekaterinburqda mayın 4-də baş tutmalı olan Qələbə paradının məşqi ləğv edilib.

Qar səbəbindən sərnişin qatarlarında da gecikmələr müşahidə olunur.