Ukraynanın keçmiş prezidenti axtarışa verildi - FOTO

 17:55 04.05.2024     150

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub.

“1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır”, - deyə Rusiya Daxili İşlər Nazirliyinin paylaşımında bildirilib.