Elman Nəsirov: Paşinyanın psixi problemləri var və... - AÇIQLAMA

 12:36 20.10.2020     351

“Hadisələrin gedişatı göstərir ki, indiki məqamda, yəni cəbhədə gedən döyüşlərdə Ermənistan sarsıdıcı zərbələr aldıqca, Nikol Paşinyanın davranışında çox anlaşılmaz məqamlar ortaya çıxır. Əvvəllər erməni mətbuatı N.Paşinyanın əqli problemi olduğunu, onun hərbi xidmətdə olmamasını da bununla bağlayırdı. Bu haqda mətbuatda kifayət qədər yazılar gedirdi. İndi onun verdiyi bəyanatlar göstərir ki, yazılanlar həqiqət imiş”.

Bu sözləri Redaktor.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O, baş verən bütün hadisələrin məsuliyyətinin Ermənistanın siyasi rəhbərliyinin daşıdığını bildirib:

“Ermənistan məğlubiyyətin astanasında olan dövlətdir. Öz ərazilərindəki vəziyyəti idarə etməyi bacarmayan İrəvan hökuməti işğal olunmuş torpaqlarımızda nəzarəti tamamilə itirmək üzrədir. Ermənilər Azərbaycan ordusunun qarşısında dayana bilmir, qaçır, mövqeləri tərk edirlər. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi kifayət qədər açıq görüntülər yayımlayıb.

Ümumilikdə, cəbhədəki uğursuzluqlar səbəbindən düşmən ölkədə siyasi və iqtisadi böhran dərinləşir, ölkə iflasa uğrayır. Amma buna baxmayaraq, N.Paşinyan hələ də öz məkirli niyyətindən əl çəkmir. Amma bu, onun son çırpınışlarıdır. O, öz ölkəsi qarşısında da çətin vəziyyətə düşüb”.

Millət vəkili Ermənistanın başqa ölkələrdən silah istəməsi haqqında da danışıb:

“Döyüş meydanında biabırçı formada məğlub olan Ermənistan başqa ölkələrdən silah-sursat, maddi vəsait dilənir. Ermənistana silah göndərərək terroru dəstəkləyənlər bir gün əlbəttə ki, bu əməllərinə görə cavab verəcəklər”.

E. Nəsirov erməni Baş nazirin münaqişənin yenidən danışıqlar masasına yönəltmək istəməsinə də münasibət bildirib:

“N.Paşinyan indiki məqamda heç bir əhəmiyyət kəsb etməyən BMT qətnamələrindən danışaraq, hadisələri mənasız müzakirələrə yönləndirmək istəyir.

Ermənistanda ağıllı rəhbərləri olsaydı, sülhlə razılaşar, torpaqları qaytarar və ölkəni firavan günə çıxarardı. Lakin görünür N.Paşinyan və ətrafındakılar bunu istəmir”.

Mahir Xəttab \ Redaktor.az