Separatçı rejimin "rəhbərliyi" üçün MƏHKƏMƏ qurula bilər - HƏRBİ CİNAYƏTLƏR

 12:17 26.10.2020     1120

İşğal altında olan Dağlıq Qarabağ tam şəkildə azad olunduqdan sonra Azərbaycan ərazisində hərbi çevrilişə, hərbi ciyayətə cəhd göstərən işğalçı rejimin hərbi-siyasi rəhbərliyi və döyüşlərdə iştirak edənlər Ağır Cinayətlər üzrə Məhkəməyə çıxarıla bilər.

Bu sözləri Redaktor.az-a beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib. O, əmillaylarda iştirak etməyən mülki əhalinin məsuliyyətə cəlb olunmayacağını bildirib:

“Ancaq əməliyyatlarda iştirak edən mülkü şəxslər, hərbiçilər cinayət məsuliyyətinə cəlb oluna bilər. Burada ortaya belə bir sual çıxır: nəyə görə cəlb olunacaq yox, cəlb oluna bilər deyirik?

Ona görə ki, əvvəl-axır iki ölkə arasında sülh müqaviləsi bağlanacaq və həmin müqavilədə bu haqda xüsusi müddəlar olar bilər. Misal üçün, tərəflər bu məsələdə razılığa gələr və heç kim cinayyət məsuliyyətinə cəlb edilməz. Amma bu razılıq sülh müqaviləsində qeyd olunmasa, Azərbaycan tərəfi onları kifayət qədər ağır cinayətlərlə məsuliyyətə cəlb edə bilər”.

Mahir Xəttab \ Redaktor.az