Qarabağın bərpasında qonşu ölkələrin rolu - TÜRKİYƏ, İRAN, RUSİYA...?

 17:19 20.01.2021     2055

"Qarabağda hərbi əməliyyatlardan sonra yenidənqurma üçün təbii ki, böyük maliyyəyə və dəstəkçi ölkələrə ehtiyac var. Azərbaycan dövlətinin əsas strategiyası tezliklə bu ərazilərdə infrasturuktun bərpasını həyata keçirməkdi. Prezident İlham Əliyev daima quruculuq işlərinə müharibə dövründə bizə dost olan ölkələri də cəlb ediləcəyini xüsusi vurğulayır".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, hazırda Türkiyə burada başda dayanır, yol tikintisi və digər layihələri həyata keçirir:

"Bura İtaliya, Pakistan və Macarıstan da daxildir. Qonşu ölkələrə gəldikdə, İran dəfələrlə bu tikinti layihələrində yer almaq üçün istəklərini yüksək səviyyədə bildirib. Amma düşünmürəm ki, Azərbaycan tərəfi bunu qəbul edəcək. Çünki İran şirkəti vaxtı ilə erməni işğalında olan Şuşada Gövhər Ağa məscidini qanunsuz olaraq təmir etmişdi.

Şəfəq Samed \ Redaktor.az