"Azərbaycan və Ermənistanı davamlı sülhə nail olmaq yolunda dəstəkləyirik"

 23:25 23.04.2024     191

Almaniya Azərbaycan və Ermənistanı davamlı və ədalətli sülhə nail olmaq yolunda dəstəkləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkəsində yazıb.

"Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı qoyulub. Bu, sülh yolunda başqa bir görünən addımdır. Biz möhkəm və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik", - paylaşımda qeyd edilir.