"İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır" - Simonyan

 13:00 25.04.2024     231

"İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır".

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Hesab edirəm ki, Ermənistan Azərbaycandan qaz alsa, bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız qazın bir hissəsi Azərbaycan qazıdır”, - deyə o əlavə edib.

Turan İSMAYIL