"Qazı təkcə Azərbaycandan deyil, həm də İrandan almalıyıq" - Erməni spiker

 17:15 25.04.2024     236

Azərbaycan qazının alınması ideyasını müsbət hesab etmək olar.

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə spiker Alen Simonyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistana qaz satmaq imkanları ilə bağlı bəyanatlarından birinə münasibət bildirərkən deyib.

“Biz bu məsələni müzakirə etməliyik”, - deyən Alen Simonyan əlavə edib ki, Rusiyadan Azərbaycana, daha sonra isə Avropaya nəql olunan qaz Ermənistana da gələ bilər.

O əlavə edib ki, təkcə Azərbaycandan deyil, İrandan da qaz almaq üçün qaz kəmərinin çəkilməsi məsələsini nəzərdən keçirir.

“Mən hesab edirəm ki, qaz kəməri çəkmək və qazı təkcə Azərbaycandan deyil, həm də İrandan almaqdır, mən düşünürəm ki, bu barədə həmkarlarımla danışacağam, onların fikrini bilmirəm”.

Qeyd edək ki, İrandan Ermənistana qaz kəməri çəkilib, lakin onun tranzit əhəmiyyəti yoxdur və Ermənistanda geniş istehlakçılara satılmır (Ermənistanda istilik stansiyalarının işləməsi üçün qaz onun vasitəsilə nəql olunur). Qaz kəmərini “ArmRosqazprom” şirkəti (indiki “Qazprom Ermənistan” Rusiyanın “Qazprom” PJSC-nin törəmə şirkəti) inşa edib.

T.İSMAYIL