"Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur" - Simonyan sərhəd dirəklərindən DANIŞDI

 17:23 25.04.2024     219

"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki, Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur".

Redaktor.az "Sputnik Armenia"ya istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

“Düzünü desəm, mən şadam ki, biz sərhəd dirəyini quraşdırmışıq", - deyən spiker vurğulayıb ki, hər hansı birtərəfli güzəştdən söhbət getmir, Ermənistan sərhədinin bir millimetri belə müzakirə mövzusu deyil.

“Heç kim Ermənistanın heç bir ərazisini təslim etmir”, - deyən Simonyan hər bir tərəfin irəlilədiyi ərazidən geri çəkiləcəyini bildirib.

Spikerin sözlərinə görə, dirəyin quraşdırılması o deməkdir ki, Azərbaycan Ermənistanın sütunun o biri tərəfində olduğunu tanıyır. Simonyan hesab edir ki, bu gün Tavuş bölgəsi əvvəlkindən daha çox qorunur.

Turan İSMAYIL