Serj Sarkisyan Qarabağa səfər edəcək - Şuşanın işğalını qeyd etmək üçün
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edəcək.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, Sarkisyan Şuşanın işğalını qeyd etmək üçün Qarabağa yollanacaq.
Serj Sarkisyanın lideri olduğu Respublika Partiyasının mətbuat xidməti xəbəri təsdiqləyib.
Qeyd edək ki, Sarkisyanın Qarabağa sonuncu səfəri bu ilin mart ayında olub.
Rüfət Xəlil / Redaktor.az