Tanınmış aktyor intihar edib - Səbəbi isə...

 01:51 26.01.2021     244

Aktyor və məşhur stand-up ustası Aleksandr Şalyapin intihar edib.

Redaktor.az xəbər verir ki, onun cəsədi bu gecə Moskvadakı evində tapılıb. TNT-də yayımlanan "Stand Up Show"nun aparıcısı özünü öldürüb.

Aktyorun həyat yoldaşı Anastasiya Şalyapin bildirib ki, əri bir neçə müddət əvvəl spirtli içki aludəçiliyinə görə müalicə almağa başlayıb. Belqorodda xəstəxanada yatan şoumen bir neçə gün əvvəl Moskvaya qayıdıb. Bağ evinə gələn Anastasiya ətrafda qan izləri görüb. Yaxınlarına zəng edən qadın qohumları ilə birlikdə Aleksandrın cəsədini tapıb.

Anastasiya deyib ki, son 20 ildir əri spirtli içkidən əziyyət çəkib. Onun eyni zamanda psixoloji problemləri olub. //Axşam.az