Adel boşanmaq üçün razılığa gəlib

 04:47 26.01.2021     255

Dünyaca məşhur müğənni Adel həyat yoldaşı Saymon Konekki ilə 2019-cu ildə yollarını ayırsa da, rəsmi olaraq boşanmamışdı.

Redaktor.az xəbər verir ki, cütlük bu yaxınlarda boşanma müqaviləsi ilə bağlı razılığa gəlib və yanvarın 15-də ayrılmaq üçün sənədlərini məhkəməyə göndəriblər.

Bu müddət ərzində isə onlar əmlakın bölüşdürülməsi, borcların ödənilməsi, eləcə də 8 yaşlı övladları Ancelonun üzərində qəyyumluq məsələsini həll ediblər.

Qeyd edək ki, Adel və Saymon Konekki 2020-ci ilin martında boşanma iddiasının detalları ilə bağlı məxfilik sazişi imzalayıblar. Onlar 2011-ci ildə tanış olub, 2017-ci ildə isə evləniblər. //Axşam.az