Afşin Azəri ARB-dəki qalmaqaldan danışdı - "Zaur hamıya pulla qucaq açıb"

 20:04 30.06.2022     2110

Cənubi azərbaycanlı müğənni Afşin Azəri dünən ARB-nin efirində aparıcı Zaur Kamalla aralarında baş vermiş İnsidentdən danışıb.

Redaktor.az xəbər verir ki, “Tarixin bir günü” verilişinə qatılan Afşin Zauru yalan danışmaqda ittiham edib:

“İnsan iki dəqiqənin içində necə iyirmə dənə yalan danışdı. Dedi ki, guya söyləmişəm ki, iranlı müğənniləri efirə niyə çağırmısan. Mən heç vaxt o sözü deməmişəm. Mənə deyir ki, çıx efirdə onlardan danış. Axı mən niyə danışım? Sonra deyir ki, mən yeganə adamam İrandan gələn bütün müğənnilərə qucaq açmışam. Mən 2 nəfər dostumdan bilirəm, bu, hamıya pulla qucaq açıb”.