Ermənistanın Bərdə terroru: Dünya susur, insanlar ölür...

 17:50 28.10.2020     1252

“Ermənistan cəbhədə məğlub olduqca, işğal altında olan torpaqlar geri alındıqca daha da azğınlaşır, vəhşiləşir və mülki əhalinin üzərinə hücum edir. Bütüb bunlar onu göstərir ki, ümumilikdə Ermənistan ölkə olaraq terrorçu, vandaldır. Onlar sivil qanunlardan, insani dəyərlərdən uzaqdır”.

Bu sözləri Redaktor.az-a millət vəkili Vahid Əhmədov işğalçı Ermənistanın bu gün günorta saatlarında Bərdə şəhərində teror aktı törətməsi ilə bağlı danışarkən deyib. O, dünyanın Ermənistanın terror aktlarına göz yumduğunu bildirib:

“Düşmən tərəfi atəşkəs başa düşmür. Ermənistanla atəşkəs etmək onlara nəfəs almağa, daha da silahlanmağa şərait yaratmaqdır. Döyüşlər başladığı gündən 3 humanitar təşkəs rejimi ilə bağlı razılıq əldə olunub, lakin hər biri işğalçı Ermənistan tərəfindən pozulub. Özü də düşmən atəşkəsi cəbhdə yox, mülki əhalini hədəfə alaraq pozur.

Bu gün Bərdəyə növbəti raketin atılması çox ciddi problemdir. Çünki raket atılan yer hərbi obyekt deyil, dinc əhalinin yaşadığı ərazilərdir. Bu, açıq-aşkar terror aktıdır, vəhşilikdir. ATƏT-in Minsk qrupu dövlətləri isə buna səssiz qalır. Onlar Ermənistandan soruşmalıdır ki, bu qədər silah-sursatı hardan alır, necə əldə edir. Döyüşlər başlayandan Ordumuz tərəfindən onların nə qədər silah və texnikaları məhv dilib,  hərbi qənimət olaraq götürülüb. Amma onların yenə də silahı var. Bunun hesabatını soruşmaq əvəzinə mənasız danışıqlar aparılmasını təklif edirlər. Amma hər şeyə baxmayaraq, biz öz torpaqlarımızı azad edəcəyik. Buna kimsə mane ola bilməz”, - deyə millət vəkili qeyd edib.

Qeyd edək ki, Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Nəticədə, 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Mahir Xəttab \ Redaktor.az