"İstiliklə bağlı problem olmayacaq" - "Azəristiliktəchizat"

 12:48 19.01.2021     910

Hava şəraitinin yanvarın 19-u axşam saatlarından 21-i axşamadək kəskin dəyişəcəyi ilə bağlı Milli Hidrometeorologiya Xidməti əhalini xəbərdar edib.

Soyuq havada insanlar üçün ən vacib məsələ evlərdə istiliyin olmasıdır.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən "Azəristiliktəchizat" ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev soyuq hava ilə əlaqədar olaraq rəhbərlik tərəfindən gücləndirilmiş iş rejiminə keçilməsi haqda göstəriş verildiyini bildirib:

 “Havanın kəskin dəyişəcəyi günlərdə “Azəristiktəchizat”ın istilik sistemlərində xüsusi qəza və ya fövqəladə halın yaranması gözlənilmir. Biz hazırda soyuq hava ilə əlaqədar olaraq gücləndirilmiş rejimdə çalışırıq. Rəhbərlik tərəfindən qeyd olunan günlərdə qazanxana və istilik məntəqələrindən yaşayış və sosial obyektlərə verilən istiliyin qrafikə uyğun tənzimlənməsi tapşırılıb, nəqliyyat və mexanizmlərin işlək vəziyyətdə saxlanılması, gecə növbəsində sayın artırılması ilə bağlı göstəriş verilib”.

Mahir Xəttab \ Redaktor.az