Bakının bu ərazisində istiliyin verilməsi bərpa olundu

 18:26 17.01.2022     585

Bakıda bəzi ərazilərdə istilik sistemində fasilə yaranıb. Nizami rayonu Cəmşid Naxçıvanski 88 ünvandında yaşayan sakinlər istilik təchizatının dayandırılmasından narahatlığını bildiriblər.

Problemlə bağlı "Azəristiliktəchizat" ASC ilə əlaqə saxladıq. Qurumun Abonent və Müştəri Xidmətlərinin rəhbəri Rafiq Əliyev Redaktor.az-a bildirdi ki, qeyd olunan ünvanda istilik təchizatının dayandırılmasına səbəb qazın kəsilməsi olub:

“Ərazidə qaz yox idi. Artıq qazın verilişi bərpa olunub. Qazı biz vermirik, biz istilik veririk. Qaz idarəsi bu gün səhər saatlarında qazı kəsmişdi, ona görə temperatur düşüb”.

Nuranə Tofiqli