Millimizin seçmə mərhələdəki ilk matçının vaxtı bilinib

 19:42 28.01.2021     224

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AVRO-2023-ün seçmə mərhələsində qarşılaşacağı ilk rəqib müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, Milan Obradoviçin başçılıq etdiyi kollektiv A qrupunda birinci matçını Norveç yığmasına qarşı keçirəcək.

Görüş bu il iyunun 6-da səfərdə baş tutacaq.

Qeyd edək ki, millinin qrupunda Norveçlə yanaşı, Xorvatiya, Avstriya, Finlandiya və Estoniya seçmələri də yer alıblar. //Report