"Məni zorladılar" - Yığmanın baş məşqçisi

 09:45 03.07.2022     625

Daha əvvəl Hollandiya yığmasını çalışdırmış İrlandiyanın qadınlardan ibarət milli futbol komandasının baş məşqçisi Vera Pauv futbol oynayarkən Hollandiya Futbol Federasiyasının meneceri tərəfindən zorlandığını açıqlayıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Hollandiya Futbol Federasiyası onun zorlama ilə bağlı müraciətlərinə səssiz qalıb:

"Bəli, məni zorladılar. Mən təcavüzə uğradım. Bir müddət əvvəl polisə şikayət etdim. Digər qadın idmançılar üçün də təhlükəsiz iş mühitinin olmaması qəbuledilməzdir".