Suaresdən het-trik, Messidən 5 qol ötürməsi

 11:01 05.05.2024     247

"İnter Mayami"nin futbolçuları Lionel Messi və Luis Suares yenidən diqqət mərkəzinə düşüblər.

Redaktor.az xəbər verir ki, onlar Mayami təmsilçisinin MLS-in 12-ci turunda "Nyu-York Red Bulls"la keçirilən oyunda məhsuldarlıqları ilə seçiliblər.

6:2 hesabı ilə qalib gəldikləri oyunda Suares het-trik edib. Messi isə 5 qol ötürməsi ilə qələbədə əsas pay sahiblərindən olub. Messi karyerasında ilk dəfədir ki, bir oyunda 5 qol ötürməsi edir. Bu, həm də MLS tarixində bir ilkdir. Messi bu oyunda 1 qol vurmağı da bacarıb.

Qeyd edək ki, hazırda "İnter Mayami" 12 oyundan 24 xalla turnir cədvəlinə başçılıq edir.