"Qarabağ" Nərimanla müqaviləni uzatdı

 12:10 05.05.2024     189

"Qarabağ" futbolçusu Nəriman Axundzadə ilə müqaviləsini uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, N.Axundzadə "Qarabağ"ın yetirməsidir. O, 2013-2022-ci illərdə Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasında oynayıb. Nəriman 2022-ci ildən "Qarabağ"ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.