"Barselona" "Liverpul"u darmadağın etdi

 09:18 02.05.2019     586

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub.

Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununda iştirak etmək istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışsa da, meydan sahibləri buna imkan verməyib. Kataloniyalılar 3 cavabsız qolla səfər oyunu öncəsi böyük üstünlük qazanıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

Rüfət Xəlil / Redaktor.az