"Qəbələ" "Benfika" ilə oyuna çıxacaq

 04:11 09.05.2019     588

“Qəbələ”nin 17 yaşadək futbolçulardan ibarət yığması beynəlxalq turnirə yollanır.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, klub Fransanın San-Nazer şəhərində təşkil olunan “Snaf Mondial Cup”da iştirak edəcək. "Qəbələ" U-17 mayın 9-13-də keçiriləcək turnirə 18 futbolçu ilə yollanıb. 

“Porto” (Portuqaliya), “Palmeyras” (Braziliya), “Zenit” (Rusiya), “Anderlext” (Belçika) kimi klubların da qatıldığı yarışda 16 iştirakçı 4 qrupda mübarizə aparacaq. A qrupunda yer alan “Qəbələ” “Benfika” (Portuqaliya), “Monako” və “Anje” (hər ikisi Fransa) ilə mübarizə aparacaq. 

Rüfət Xəlil / Redaktor.az