"Google"un işçiləri kütləvi ixtisarlara qarşı çıxdılar

 11:02 03.02.2023     355

Amerikanın "Google" texnologiya şirkətinin əməkdaşları kütləvi ixtisarlara etiraz olaraq, həmçinin maaşların artırılması tələbi ilə nümayişlər keçiriblər.

Redaktor.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Son iki gündə şirkətin Mountain View (Kaliforniya) şəhərindəki baş qərargahında və Google-un Nyu-Yorkdakı ofislərində aksiyalar keçirilib. Bu yaxınlarda işdən çıxarılan minlərlə işçiyə də dəstək verən nümayişçilərin ümumi sayı açıqlanmayıb. Nümayişlər həm subpodratçıların, həm də "Google" əməkdaşlarının daxil olduğu Alfabet İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil edilib.

Qeyd edək ki,Google-un sahibi olan Alfabet Korparasiyası daha əvvəl 12 min işçini ixtisar etmək qərarına gəldiyini açıqlamışdı. Amerika bankı "Goldman Sachs" tərəfindən 3,2 min iş yerinin ixtisar edilməsi və Microsoft-un 2023-cü ildə 10 minə yaxın işçisini ixtisar etmək niyyəti barədə də məlumat verilib.

Turan İSMAYIL