Çində torpaq sürüşməsi: Ölənlərin sayı 100 nəfəri keçdi
Çində son 10 ilin ən güclü leysan yağışlarından sonra meydana gələn torpaq sürüşməsi zamanı 100-dən çox insan həyatını itirib.
Redaktor.az xəbər verir ki, torpaq sürüşməsi Hubei əyalətində 9 nəfərin ölümünə səbəb olub.
Huanqmey bölgəsində səhər saatlarında yaşanan torpaq sürüşməsindən sonra xilasetmə işləri isə davam etdirilir.
1-7 iyul tarixləri arasında Hubei, Anhui, Zeycan və Çonqinq bölgələrinə düşən yağışın miqdarının 1961-ci ildən bəri bütün bölgələr üçün qeydə alınan ən yüksək hədd olduğu bildirilib.
Çin meteorologiya rəsmilərinin sözlərinə görə, bölgələrə bu il normadan üç dəfə artıq yağıntı düşüb.
Sevda Ulutau / Redaktor.az