Ermənilər Rusiya səfirliyi qarşısına yürüş edəcəklər

 05:45 29.11.2020     258

Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan və aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”, - deyə onların çağırışında bildirilir.

Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.

Müraciət müəllifləri bu gün yerli vaxtla saat 12:00-də, “Azadlıq” meydanından Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin binası qarşısına yürüşə başlayacaqlarını bildiriblər. //Report