Nazir: Ən pis vəziyyətə hazır olmalıyıq - KORONAVİRUS

 11:05 02.12.2020     1087

Yaponiyanın Səhiyyə, Əmək və Rifah naziri Norihisa Tamura koronavirusla bağlı əhaliyə xəbərdarlıq edib.

Redaktor.az bildirir ki, nazir qış aylarında yoluxmanın artacağını bildirib:

"Qışda yoluxmalar artır. Ən pis vəziyyətə hazır olmalıyıq. Ağır xəstələrimizin sayının 500-ə yüksəlməsi vəziyyəti bir qədər də mürəkkəbləşdirir".

Qeyd edək ki, son sutkada Yaponiyada 41 nəfər koronavirusdan dünyasını dəyişib.

Orxan İsmayıl /  Redaktor.az