Gələn il dünyada aclıq olacaq - Mütəxəssisdən ŞOK İDDİA

 21:36 04.12.2020     1491

Yeni növ koronavirus epidemiyası səbəbindən 2020-ci ildə bir çox ölkə öz vətəndaşlarının qida təhlükəsizliyini təmin etmək üçün daha çox qoruyucu tədbirlərə əl atıb.

Redaktor.az xəbər verir ki, Rusiya kimi iri buğda istehsalçıları ixracata məhdudiyyət və ya qadağalar tətbiq ediblər. Çin, Pakistan və Səudiyyə Ərəbistan kimi ölkələr də buğda ehtiyatlarını artırırlar.

Koronavirus iqtisadi və sosial həyata, iqlim dəyişikliyi və quraqlıq da dünya miqyasında kənd təsərrüfatına mənfi təsir edir.

Dünya Qida Proqramının (WFP) direktoru Devid Bizli açıqlamasında 2021-ci ildə aclıq olacağını iddia edib. COVID-19 epidemiyasının qida təhlükəsizliyi üzərində dağıdıcı təsirləri olduğuna diqqət çəkən Bizli, qida problemi ilə qarşılaşan insanların sayının artacağını deyib.

Xədicə Ağayeva / Redaktor.az