Dollarla bağlı YENİ PLAN - Az öncə açıqlandı...

 10:10 18.01.2021     788

Avropa Birliyi (AB) dollardan asılılığı azaltmaq üçün yeni plan hazırlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunur ki, planda İran, rəqəmsal sektor vergiləri, Şimal axını 2 kimi mövzularda ABŞ-la qarşıdurmadan sonra yaranan asılılığın azaldılması öz əksini tapıb.

Tramp dövründə tətbiq olunan sanksiya siyasətlərinə də diqqət çəkilib. Həmçinin, üçüncü ölkələrin tək tərəfli sanksiyalarının dollardan asılılıq səbəbindən xarici siyasətdə istənilən hədəflərə çata bilinmədiyi qeyd olunub.

Məlumata görə, plan üçün hazırlanmış layihə xarici razılaşmaları da araşdırmağı hədəfləyir.

Avronun beynəlxalq aləmdə daha çox istifadə edilməsi planlaşdırılır.

Orxan İsmayıl / Redaktor.az