Əfqanıstanda terror aktı törədilib - Ölən və yaralanan var
Əfqanıstanda terror aktı törədilib.
Redaktor.az-ın məlumatına görə, hadisə Kabildə, Çar Kala rayonunda qeydə alınıb. Minalanmış avtomobilin partladılması nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib. //Report