İranda koronavirusa yoluxanların sayı 57 mini ötdü

 21:11 20.01.2021     303

İranda son sutka ərzində daha 6182 nəfərdə koronavirus aşkarlanıb, 84 nəfər vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1,348,316-ya, virus qurbanlarının sayı isə 57,057-yə yüksəlib. İndiyədək 1,137,812 nəfər isə virusdan sağalıb.

Ölkədə 153,447 aktiv koronavirus xəsəsi var ki, onlardan da 4214-nün vəziyyəti ağır qiymətləndirilir. //Qafqazinfo