Dünya ekoloji fəlakətin astanasındadır - TULLANTI ADALARI... / FOTO

 10:37 27.01.2021     506

Serbiyanın cənub-qərbindəki Potpeçko gölündə çəkilən fotolar böyük əks-səda doğurub.

Redaktor.az xəbər verir ki, "Associated Press" agentliyinin əməkdaşının çəkdiyi fotolarda Çay boyunca hərəkət edən və kiçik adacıqlara çevrilən tullantılar öz əksini tapıb.

Bununla da təhlükənin ölçüsünün düşünüləndən daha böyük olduğu ortaya çıxıb.

Fotomüxbir Darko Vojinoviç sözügedən kadrları yanvarın 22-də qeydə aldığını bildirib. Onun sözlərinə görə, əvvəlcə şiddətli yağış başlayıb. Daha sonra tullantı təbəqələri çayın axını istiqamətində hərəkət edib.

Əraziyə xüsusi texnikaların cəlb olunduğu bildirilir. Tullantı təbəqəsini təmizləmək üçün tədbirlər həyata keçirilir.

Mütəxəssislər Avropdada və digər coğrafi ərazilərində də tullantıları ekoloji fəlakətə səbəb ola biləcəyini qeyd edirlər.

Orxan İsmayıl / Redaktor.az

TEK TEHDİT SIRBİSTANDA DEĞİL