Yadplanetlilər Yerə siqnal ötürdü – DƏHŞƏT SAÇAN “BLC1” ŞİFRƏSİ

 19:36 27.02.2021     495

Astronomlar qrupu Avstraliyanın şərqində yerləşən rəsədxanada 64 metrlik “Parks” Teleskopunun aşkar etdiyi qeyri-adi “BLC1” adlandırılan radiosiqnalı təhlil ediblər.

Redaktor.az xəbər verir ki, radiosiqnal 2019-cu ilin əvvəlində günəş sistemimizə ən yaxın ulduz olan “Proksima Sentavr”dan gəlib.

Siqnalın xüsusiyyətləri öyrənildikdə daha ciddi məqamlar ortaya çıxıb: Siqnal təbii yolla ötürülmədən daha çox süni vasitələrlə yayıma oxşayırdı. 

Hətta mütəxəssislər siqnalın süni olmasına aid təbii radio emissiyalarından fərqlənən spesifik keyfiyyətləri üzə çıxarıb. 

Məsələ ilə bağlı “The Guardian” nəşrində dərc edilən məlumatda bildirilir ki, sözügedən siqnalın müşahidə edilməsi 980 MHz tezlikdə 30 saat davam edib. 
  
Ən maraqlı məqam isə radiosiqnalın “şifrəsi” açılanda ortaya çıxıb: “Planetin hərəkəti nəticəsində yaranan dəyişməyə... Yerin “sürüşməsi”...”.

Lakin tədqiqatçılar siqnalın süni olmasına baxmayaraq, bunun “yadplanetlilərin işi” olmadığını düşünürlər.

Rəsədxananın Siqnal analizi şöbəsinin müdiri Sofiya Şeyx qeyd edib ki, 1977-ci ildən bəri ilk dəfədir ki, belə bir siqnal müşahidə olunur.

Qeyd edək ki, “Proksima Sentavr” ulduzu planetimizdən cəmi 4.2 işıq ili məsafədə yerləşir. Müasir texnologiya ilə bu ulduza min illər ərzində gedib çatmaq olar.  //Lent.az