Türkiyə vaksinlə bağlı Gürcüstana kömək edə bilər

 22:21 03.03.2021     277

“Gürcüstan və Türkiyə arasında pandemiya ilə mübarizə sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub”.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani jurnalistlərə açıqlamasında deyib.

Nazir Gürcüstanın peyvənd sahəsində Türkiyə ilə əmədakşlıq edə biləcəyini qeyd edib:

“Bu gün vaksinlə bağlı problem var. Ümid edirəm ki, bu sahədə Türkiyə ilə əməkdaşlıq istiqamətində yaxın zamanlarda nəzərəçarpacaq nəticələr əldə olunacaq”.

Qeyd edək ki, Gürcüstana koronavirus əleyhinə vaksinin fevral ayında çatdırılacağı gözlənilsə də, proses ləngiyir. //Report