İstanbulda metrobusda silahlı şəxs saxlanılıb

 22:36 13.05.2021     500

İstanbul şəhərinin Haramidere rayonunda Avçılar istiqamətinə hərəkət edən metrobus sürücüsü ilə silahlı şəxs arasında insident olub.

Redaktor.az-ın xəbərinə görə, metrobusun içərisində əlində bıçaq olan şəxs gərgin psixoloji vəziyyətdə özünə xəsarət yetirib.

Haramidere dayanacağında sürücünün metrobusu saxlaması ilə vəziyyət daha da gərginləşib. Əraziyə polis əməkdaşları cəlb edilib.

Bıçaqlı şəxs saxlanılıb, araşdırma aparılır.