Ukrayna müharibədə qalib gələcək - NATO

 12:30 15.05.2022     542

NATO Baş katibinin müavini Mirça Coana bildirib ki, Ukrayna xalqının və ordusunun cəsarəti, eləcə də Qərbin köməyi sayəsində Rusiyaya qarşı müharibədə qalib gələ bilər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, Coana bu barədə Berlində Alyansın xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib.

Onun sözlərinə görə, bu gün xarici işlər nazirləri Ukraynadakı son hadisələrə diqqət yetirəcəklər.

“Rusiyanın qəddar işğalı sürətini itirir və müttəfiqlərin və tərəfdaşların milyardlarla dollarlıq əhəmiyyətli dəstəyi - hərbi, maliyyə və humanitar dəstək sayəsində biz bilirik ki, Ukrayna xalqının və ordusunun cəsarəti sayəsində və bizim köməyimizlə bu müharibədə qalib gələcək”.