“Türkiyə ilə istənilən problemi həll etməyə hazırıq” - İsveç Baş naziri

 19:19 17.05.2022     280

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "NTV“ telekanalı məlumat yayıb.

 

"Türkiyə ilə danışaraq istənilən problemi həll etməyə hazırıq. NATO üzvü olaraq Türkiyə ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - deyə o bildirib.