Rusiya “Azadlıq” radiosunu  CƏRİMƏLƏDİ

 20:38 17.05.2022     287

Moskva məhkəməsi ABŞ-dan maliyyələşən "Azadlıq Radiosu/Azad Avropa" radiosunu qadağan olunmuş məzmunu silmədiyinə görə 10 milyon rubl (153 459 ABŞ dolları) cərimələyib.

Redaktor.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Agentlik qeyd edir ki, “qadağan olunmuş məzmunu” silmədiyinə görə mətbuat orqanına tətbiq edilən cərimələrin ümumi məbləği 55,8 milyon rubla çatıb.

Qeyd edək ki, Rusiyanın kommunikasiyalara nəzarət orqanı martın əvvəlində Azadlıq radiosunun və bəzi digər xarici KİV-lərin saytlarını bloklayıb.