Rusların daha bir PUA-sı MƏHV EDİLDİ

 17:24 01.07.2022     389

Bu gün Ukraynada daha bir Rusiya pilotsuz uçuş aparatı (PUA) vurulub.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsində paylaşım edilib.

"01 iyul səhər saatlarında "Cənub" Hava Komandanlığının zenit-raket bölməsi Mikolaiv rayonunda təsir hədəfi tapmağa çalışan Rusiyanın "Forpost" pilotsuz təyyarəsini məhv edib", - deyə məlumatda bildirilir.

T.İSMAYIL