215-dən çox balina ölü tapıldı

 17:35 08.10.2022     637

Yeni Zelandiyanın Çatham adalarında 200-dən çox balina sahilə çıxdıqdan sonra ölüb.

Redaktor.az  xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi Nazirliyi məlumat yayıb. 

Hesabatda bildirilir ki, nazirlik Çatham adasının şimal-qərbində 250 delfinlə bağlı məlumat alıb. Sağ qalan delfinlər adadakı şəraitə görə evtanizasiya edilməli olub. Lakin onlardan 215-i ölüb. 

Qeyd olunur ki, Çatem adalarında həm insanlara, həm də delfinlərə köpəkbalığı hücumu təhlükəsi artıb.