Tramp təcavüz ittihamı ilə məhkəməyə verildi

 11:20 25.11.2022     268

ABŞ-ın keçmiş prezidenti Donald Tramp məhkəməlik olub.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, Trampı zorlamada günahlandıran yazıçı Jan Karroll ona qarşı təkmilləşdirilmiş iddia qaldırıb.

Məlumata görə, Karrollun vəkili hüquqi sənədləri məhkəməyə elektron şəkildə təqdim edib.

Yazıçı ağrı, əzab, psixoloji zərər, ləyaqət itkisi və reputasiyaya vurulan zərər üçün dəqiqləşdirilməmiş kompensasiya və cəza tələb edir.

Xatırladaq ki, "Elle" jurnalının uzun müddət məsləhətçi köşə yazarı olan Karroll ilk dəfə 2019-cu ildə yazdığı kitabda Trampın 1995 və ya 1996-cı illərdə lüks univermağın soyunub-geyinmə otağında ona təcavüz etdiyini yazıb.

Tramp isə kitabın iddialarına cavab olaraq deyib ki, bu, heç vaxt baş verməyib, çünki Karroll “onun tipi deyil”.

Nərmin VÜQARQIZI