Koronavirusa yoluxmuş yeniyetmənin beyni sürətlə qocalır

 19:12 07.12.2022     406

Stanford Universitetinin alimləri "COVID-19" yoluxan yeniyetmələrin beyinlərində vaxtından əvvəl qocalma əlamətlərinin olduğunu aşkar ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Biological Psychiatry" jurnalında dərc olunub.

Tədqiqatçılar pandemiyadan əvvəl çəkilmiş 81 yeniyetmənin maqnit rezonans tomoqrafiya (MRT) şəkillərini karantin rejimindən sonra toplanan 82 yeniyetmənin şəkilləri ilə müqayisə ediblər.

Bu müddət ərzində könüllülərin beyni üç il qocalıb ki, bu da alimlərin fikrincə, kifayət qədər təhlükəlidir.

Alimlər həmçinin yeniyetmələrin psixi vəziyyətini müəyyən etmək üçün sorğu keçiriblər.

Tədqiqat iştirakçıları sağaldıqdan sonra narahatlıq və depressiyadan şikayətləndilər.

Mütəxəssislər qeyd ediblər ki, psixi sağlamlığın pisləşməsi stresslə müşayiət olunur və bu, beyində fiziki dəyişikliklərə səbəb olur.

Dünyanın əksər ölkələri hələ də koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirməsələr, unutmamalıyıq ki, koronavirus pandemiyası hələ də səngiməyib. Hər kəs, o cümlədən uşaqlar hər an yoluxa bilər.

Tunar Altunbay