Ruslar yaşayış binalarını vurdu - Ölən və yaralananlar var

 19:38 28.01.2023     451

Rusiya Ukraynanın şərqindəki Kostiantinivka şəhərində yaşayış binalarına zərbə endirib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Kırilenko bildirib.

O qeyd edib ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 14 nəfər yaralanıb. Dörd yaşayış binası və bir otelə ziyan dəyib.

“Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları insanlara kömək etmək və rus işğalçılarının daha bir cinayətini diqqətlə sənədləşdirmək üçün hadisə yerində işləyirlər”, - Kırilenko "Telegram" kanalında yazıb.

Tunar Altunbay