ABŞ Kiyevə yeni yardım paketi elan edəcək

 23:05 31.01.2023     284

ABŞ tezliklə Ukraynaya əlavə yardım göstərəcəyini elan edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb.

"Mən tezliklə daha çox təhlükəsizlik yardımı elan edəcəyimizi gözləyirəm", - deyə Ağ Evin sözçüsü Olivia Daltond bildirib.

Jurnalistlərin ABŞ-ın Ukraynaya F-16-ları göndərib-göndərməyəcəyi ilə bağlı sualına Dalton prezident Co Baydenin “yox” cavabını təkrarlayıb və Vaşinqtonun artıq Ukraynaya verdiyi çox milyardlıq yardımı xatırladıb.

Dalton vurğulayıb ki, Birləşmiş Ştatlar Ukrayna rəsmiləri ilə müntəzəm əlaqə saxlayır və Kiyevin ehtiyac duyduğu yardımı onlarla müzakirə edir.

Həmçinin bildirilib ki, ABŞ indiyədək Ukraynaya 26,7 milyard dollar yardım edib.